Obamanın etirafı
Okt 12, 2015 13:57 Asia/Baku
ABŞ prezidenti etiraf edib ki, bu ölkənin Suriya böhranının həlli üzrə səyləri uğursuz qalıb.
IRIB-nin məlumatına görə, Barak Obama CBS telekanalı ilə müsahibədə deyib ki, Suriya dünya ictimaiyyəti üçün çətin bir problem olubdur. Amerika indiyədək onun həllinə qadir olmayıb və o, bunu etiraf edən ilk şəxsdir.Obama Amerikanın suriyalı mötədil müxalif qüvvələrin təliimi və təchizində də nakam qalmasına toxunaraq, deyib ki, şübhə yoxdur ki, bu planın kəsərliliyi yox idi və o, elə əvvəldən bu plan barədə tərəddüd edirdi, lakin bir neçə seçimi sınaqdan keçirməyə təmayüllü idi.
O, əlavə edib: Bəşşar Əsədin hakimiyyət başında qaldığı zamanadək İŞİD terror qrupunu məğlub etmək üçün suriyalılara təlim vermək çətin olacaq.
Obama həmçinin qeyd edib ki, diplomatik kanallarla İran və Rusiya ilə Suriya barədə işləməyə çalışır.
Obamanın sözləri elə bir halda söylənir ki, Rusiya sentyabrın sonlarından bəri Suriyada İŞİD terror qrupunun mövqrlərinə qarşı öz hava hücumlarını başlayıb və indiyədək uğurlar da qazanıbdır.