Okt 15, 2015 14:42 Asia/Baku
  • Rusiya rəsmilərinə xarici hava yolları şirkətlərinin təyyarələri ilə uçuş qadağan olunub
    Rusiya rəsmilərinə xarici hava yolları şirkətlərinin təyyarələri ilə uçuş qadağan olunub

Rusiya rəsmilərinə xüsusi hallar istisna olmaqla xarici hava yolları şirkətlərinin uçuşlarından istifadə qadağan olunub.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya Federasiyası prezidenti Vladimir Putin rus rəsmilərin səfərləri strukturunda islahatla bağlı fərman imzalayıb. Buna əsasən, Rusiya rəsmilərinə xüsusi hallar istisna olmaqla xarici hava yolları şirkətlərinin uçuşlarından istifadə qadağan olunub.
Bu göstərişə əsasən, Rusiya rəsmilərinə Rusiya hava yolları şirkətləri və yaxud Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hava yolları şirkətlərinin uçuşlarında istifadə üzrə sənədlər veriləcəkdir. Yalnız bu hava yolları şirkətlərinin dəqiq uçuş məqsədi olmadığı halda və yaxud rus rəsmisinin vəzifəsini yerinə yetirdiyi zaman uçuşu itirmək səbəbinə görə, bu uçuşlara rezerv etmək mümkündür.

Teqlər