Fransada yol qəzası 42 can aldı
Okt 23, 2015 22:03 Asia/Baku
-
Fransada yol qəzası 42 can aldı
Fransada bir sərnişin avtobusunun bir yük maşını ilə toqquşması 42 nəfərin həyatına son qoydu.
APTN informasiya kanalı bu barədə bildirib: Bu ağır yol qəzası nəticəsində həyatını itirənlər əsasən bir günlük gəzintiyə çıxan yaşlı turistlər olublar. Bu hadisə Fransanın cənub-qərbində bir kənd yolunda baş verib.Poysqvin kəndi yaxınlığında baş vermiş qəzanın səbəbləri hələ ki, məlum deyil. Çoxlu sayda xilasedici və polis əməkdaşı hadisə yerinə ezam olunub.
Yunanıstanın baş naziri Aleksis Sipras ilə görüşmək üçün Afinada səfərdə olan Fransa prezidenti Fransua Oland hadisədən xəbərdar olduqdan sonra, dərin təəssüf keçirdiyini bildirib.
Yerli rəsmilər hadisə nəticəsində 5 nəfərin də yaralandığını bildiriblər.