Okt 25, 2015 11:30 Asia/Baku
  • Amerikada atəşaçma
    Amerikada atəşaçma

Amerikanın Kaliforniya ştatında iki silahlının əhaliyə tərəf atəş açması nəticəsində bir nəfər ölüb, bir nəfər də yaralanıbdır.

Fars xəbər agentliyinin məlumatına görə, Amerikada silahlı zorakılıqlar serialının davamında iki silahlı şəxs Kaliforniya ştatındakı Livermor şəhərinin satış mərkəzinə girərək, oradakı şəxsləri atəşə tutub; nəticədə bir nəfər ölüb, bir nəfər də yaralanıbdır.
Livermor şəhər polis idarəsi bu xəbəri təsdiq edərək, iki hücumçunun aradan çıxmasından xəbər verib.
Belə bir halda, cümə axşamı günü də ABŞ-ın Missuri ştatındakı bir atəşaçmada yaraqlı şəxslərin atəş açmaları nəticəsində dörd nəfər öldürülmüşdü.
Amerikada silah daşınmasının azad olması bu ölkənin hər gün atəşaçmaların və şəxslərin həlak olmalarının şahidi olmasına səbəb olubdur.
ABŞ prezidenti Barak Obama da silah daşınmasını dəstəkləyən lobbiləri və ölkəsinin xalqı və siyasətçilərinin bu sahədə ciddi addımın atılmasına laqeyd yanaşmalarını tənqid edibdir.

Teqlər