Narkotiklərlə mübarizə qurumları başçılarının 6-cı iclası
https://azeri.sahartv.ir/news/dünya-i198925-narkotiklərlə_mübarizə_qurumları_başçılarının_6_cı_iclası
Rusiya Federasiyasının Narkotiklərlə Mübarizə Federal Xidmətinin rəisi Viktor Petroviç İvanov Tehranda keçirilən narkotiklərlə mübarizə qurumları başçılarının 6-cı iclasında ölkəsinin İran İslam Respublikası ilə daha artıq əməkdaşlıq etmək niyyətində olduğunu bildirib, Cənubi Amerika və Əfqanıstanda narkotiklərin vəziyyətini şəhr habelə, Amerika və NATO-nun əl-Qaidə və Taliban terrorçularını himayə üzrə mövqeyini tənqid edərək, dünya ictimaiyyətinin narkotiklərlə mübarizədə ciddi olmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2015 10:57 Asia/Baku
  • Narkotiklərlə mübarizə qurumları başçılarının 6-cı iclası
    Narkotiklərlə mübarizə qurumları başçılarının 6-cı iclası

Rusiya Federasiyasının Narkotiklərlə Mübarizə Federal Xidmətinin rəisi Viktor Petroviç İvanov Tehranda keçirilən narkotiklərlə mübarizə qurumları başçılarının 6-cı iclasında ölkəsinin İran İslam Respublikası ilə daha artıq əməkdaşlıq etmək niyyətində olduğunu bildirib, Cənubi Amerika və Əfqanıstanda narkotiklərin vəziyyətini şəhr habelə, Amerika və NATO-nun əl-Qaidə və Taliban terrorçularını himayə üzrə mövqeyini tənqid edərək, dünya ictimaiyyətinin narkotiklərlə mübarizədə ciddi olmasını istəyib.

İvanov İran və Rusiya rəsmiləri arasında davamlı məsləhətləşmələrin aparılmasına işarə və ümidvarlıq edib ki, əməkdaşlıqların hazırkı səviyyəsi iki ölkə rəsmilərinin iradəsi əsasında daha da genişləndirilsin.
İvanov İranın narkotiklərlə mübarizə üzrə səylərini yüksək qiymətləndirib və narkotiklərlə mübarizə sahəsində iki ölkə əməkdaşlıqlarının genişləndirilməsinə təkid edib.
O, Əfqanıstanda istehsal edilən narkotiklərdən qaynaqlanan problemlərə və bu nəhs fenomenin İran və digər qonşu ölkələr üçün yaratdığı çətinliklərə işarə edərək, narkotiklərin istehsal həcminin azaldılması və alternativ kənd təsərrüfatının inkişaf etdirilməsi üçün kollektiv əməkdaşlığa təkid edib.