Noy 01, 2015 09:46 Asia/Baku
  • Ərəb Liqasının baş katibi Suriya ilə bağlı Vyana konfransının nəticələrini müsbət qarşılayıb
    Ərəb Liqasının baş katibi Suriya ilə bağlı Vyana konfransının nəticələrini müsbət qarşılayıb

Ərəb Liqasının baş katibi Suriya ilə bağlı Vyana konfransının nəticələrini müsbət qarşılayıb.
İRİB-nin məlumatına görə, Nəbil Ərəbi bir bəyanat yayaraq, deyib: Tərəflərin bu konfransda danışıqların gələn həftə davam etdirilməsi və 2012-ci il Cenevrə bəyannaməsi əsasında bütün tərəflərin iştirakı ilə Suriyada atəşkəsin bərqərar və dövlətin təşkil edilməsi barədə razılığa gəlmələri çox önəmlidir.
Ərəbi əlavə edib: Bu anlaşma beynəlxalq səylərin ciddiliyindən və Suriya xalqının problemlərinə son qoyacaq həll yolunun tapılmasına təkidin edilməsindən xəbər verir.
Nəbil Ərəbi həmçinin, ümidvarlıq edib ki, bu danışıqlarda iştirak edən tərəfrlər arasındakı ixtilaflar azalmış , bütün tərəflərin baxışları bir-birinə yaxınlaşmış və bütün tərəflər Suriya xalqının maraqları, birliyi və ərazi bütövlüyünə önəm vermiş olsunlar.

Teqlər