Noy 06, 2015 10:00 Asia/Baku
  • ABŞ vətəndaşları Obamanın İŞİD qarşısındakı funksiyasından narazıdırlar
    ABŞ vətəndaşları Obamanın İŞİD qarşısındakı funksiyasından narazıdırlar

ABŞ vətəndaşlarının yarısından çoxu bu ölkə prezidentinin İŞİD terror qruplaşması qarşısındakı funksiyasından narazıdır.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, cümə axşamı günü yayımlanan Associated Press İnformasiya Agentliyinin rəy sorğusunun nəticəsinə əsasən, hər 10 amerikalıdan 6 nəfəri Barak Obamanın İŞİD terror qruplaşmasının təhdidi ilə mübarizə metoduna qarşıdır.
Bu rəy soğrusuna əsasən, 2014-cü ildə ABŞ tərəfindən "İŞD əleyhinə koalisiya"nın təşkil olunması ilə bu qruplaşma ilə mübarizədə Barak Obama hökumətinin funksiyasına dəstək azalıb.
Rəy sorğusunda iştirak edən respondentlərin üçdə ikisi İŞİD təhlükəsini çox önəmli və təhlükəli məsələ adlandırıb.
Rəy sorğusunun nəticələrinə əsasən, Amerika vətəndaşlarının yalnız 40% hələ də Obama tərəfindən bu ölkənin xarici siyasətinin idarə edilməsini təsdiqləyir.

Teqlər