Noy 06, 2015 17:29 Asia/Baku
  • Londonda keçirilən aksiyada azı 50 nəfər həbs olunub
    Londonda keçirilən aksiyada azı 50 nəfər həbs olunub

Kapitalizm sistemi ilə müxalif və Fələstinin himayəçisi olan minlərlə nəfərin aksiyası cümə axşamı günü gecə Londonda polisin müdaxiləsilə toqquşmaya gətirib çıxarıb.

Bu toqquşma nəticəsində etiaz edənlərdən azı 50 nəfər həbs olunub və bir qrup aksiyaçı da yaralanıbdır.
Polis də deyir ki, qüvvələrindən üç nəfər yaralanıbdır.
Bu aksiya Trafelqar meydanından başlanıb və İngiltərənin parlament binasınadək davam edib. Qeyd edək ki, həmin məkan cümə axşamı günü gecə etirazçılarla və polis qüvvələri arasında döyüş səhnəsi olmuşdu.
İngiltərə polisi bu aksiyadan öncə xəbərdarlıq etmişdi ki, aksiyanın keçiriləcəyi təqdirdə kobudluğun baş verməsi ehtimalı var.
Aksiyaçıların əllərində Fələstin bayrağını daşıdıqları bu aksiyada "Bir həll yolu; İnqilab!", "Zibil mühafizəkarlar!", "Qızıl yol, İnqilab!" və "Kimin küçəsi? Bizim küçəmiz!" şüarları verilib.
"Ananimus"(Anonymous) adlı müxalifət qrupunun təşəbbüsü ilə və "Bir milyon maskanın yürüşü" adı altında keçirilən bu aksiya qərar üzrə gecə saat doqquzda bitməliydi, lakin ondan saat yarım sonra başa çatıbdır.
Keçən il də minlərlə nəfərin iştirakı ilə oxşar aksiya keçirilmişdi. Bu il ancaq İngiltərənin polis və təhlükəsizlik qüvvələri aksiyalar üçün daha sərt şərait nəzərdə tutmuş və xəbərdarlıq etmişdilər ki, lazım olarsaa, aksiyaçılarla ciddi rəftar edəcəklər.

Teqlər