Suriya müzakirələrinin növbəti turu cümə axşamı Vyanada keçiriləcək
Noy 07, 2015 10:22 Asia/Baku
Almaniya xarici işlər naziri deyib: Suriya ilə bağlı müzakirələrin növbəti turu cümə axşamı Vyanada baş tutmalıdır.
İRNA-nın məlumatına görə, Frank Valter Ştaynmayer Hamburqda mətbuat konfransında deyib: Suriya böhranı ilə bağlı bir həll yoluna çatmaq üçün atılacaq növbəti addım cümə axşamı günü Vyanada keçiriləcək iclasda tılacaq.Ştaynmayer əlavə edib: Vyana bəyanatında yer alan hədəflər bir qədər ideal görünsə də, bütün münaqişə tərəfləri arasında əməkdaşlıq üçün bir yol xəritəsi sayılır.
O, İran və Ərəbistanın Suriya müzakirələrində iştirakını müsbət qarşılayıb və Suriyanın dövlət nümayəndələri ilə də danışıqların aparılmasını zəruri adlandırıb.
Almaniya xarici işlər naziri əlavə edib: Müzakirələrdə irəliləyiş olmaya da bilər. Amma, məsələnin izlənilməsi sonda nəticənin əldə edilməsinə səbəb olacaq.
Dünyanın 17 ölkəsinin yüksək səviyyəli diplomatları Avropa Birliyi və BMT nümayəndələrinin iştirakı ilə ötən cümə günü Suriya böhranı üçün həll yolunun tapılması məqsədi ilə Vyanada bir araya gəlmişdilər.