Okinava meri: ABŞ-ın hərbi baza yaratması üzrə təzyiqlərə təslim olmayacağam
Noy 07, 2015 11:45 Asia/Baku
Yaponiyanın Okinava adasında ABŞ-ın yeni hərbi bazasının yaradılması üzrə işlərə start verilməsinə rəğmən, Okinava adasının meri bir daha təzyiqlərə təslim olmayacağını və bu məsələ qarşısında müqavimət göstərəcəyini bildirib.
Takeşi Onaqa jurnalistlər qarşısında verdiyi açıqlamada Yaponiyanın mərkəzi dövlətinin ABŞ-ın Okinava adasında yeni hərbi baza yaratmasının görməməzliyə vurulması ilə bağlı istəyini qəbuledilməz adlandırıb.Yaponiya dövləti ötən ay Okinava adasının yerli rəsmiləri ilə anlaşmanın əldə olunmamasına rəğmən, 2013-cü ildə Okinava adasının keçmiş meri tərəfindən çıxarılan "Dənizdən torpaq alınması" qərarına istinad edərək, ABŞ-ın hava bazasının yerinin dəyişdirilməsinə icazə verib.
Okinava adasının meri bu sözləri, Yaponiyanın torpaq naziri Ke Yi Çi İşi-nin son zamanlar ondan öz müxalifətlərinə son verərək, mərkəzi hökumətin qərarı ilə razılaşması barədəki istəyinin ardınca deyib.
ABŞ-ın Futenama hərbi hava bazasındakı fəaliyyətinin məhdudlaşdırılmasının ardınca, Tokio Ağ Evin təzyiqləri qarşısında təslim olaraq, 1996-cı ildə ABŞ ordusu dəniz piayadaları üçün Okinava sahillərində yeni bazanın yaradılması ilə razılaşıb. Amma, yerli sakinlərin müxalifət etməsi bu hərbi bazanın quraşdırılması işlərinin təxirə düşməsinə səbəb olub.
Okinava adasının sakinləri ABŞ-ın Yaponiyadakı hərbi bazaları və hərbçilərinin üçdə ikisinin bu adada yerləşdirilməsini ada sakinlərinin təhlükəsizliyi və sakit yaşam tərzi üçün ciddi təhdid hesab edir, adanın ekologiyası və ətraf mühitinə sağalmaz yara sayırlar.