ABŞ-da silahlı insident yenə can aldı
https://azeri.sahartv.ir/news/dünya-i199354-abŞ_da_silahlı_insident_yenə_can_aldı
Amerikada can almaqda davam edən silahlı insidentlərdən daha biri Nyu Cersi ştatında bir nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2015 10:13 Asia/Baku
  • ABŞ-da silahlı insident yenə can aldı
    ABŞ-da silahlı insident yenə can aldı

Amerikada can almaqda davam edən silahlı insidentlərdən daha biri Nyu Cersi ştatında bir nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnib.

İRİB-nin məlumatına görə, Plainfieldt şəhərində silahlı bir şəxs avtomobildən açdığı atəş ilə 24 yaşlı bir gənci, 6 yaşlı qız uşağını və bir qadını güllələyib.
Nyu Cersi Prokurorluğunun sözçüsü 24 yaşlı gəncin aldığı güllə yarasından xəstəxanada həyatını itirdiyini bildirib.
Onun dediyinə görə, bu hadisə zamanı 6 yaşlı bir uşaq da ayaq nahiyəsindən yaralanıb və xəstəxanaya köçürülüb.
Bu silahlı insident nəticəsində xəsarət olan üçüncü şəxs isə elə hadisə yerində tibbi yardım alıb.
Hadisəni törədən silahlı şəxs qaçmağa nail olub.
Hər il Amerikada minlərlə nəfər silahlı insidentlər nəticəsində həyatını itirir.