Noy 09, 2015 11:25 Asia/Baku
  • Misirdə 1000-dən çox məscid tikilib
    Misirdə 1000-dən çox məscid tikilib

Misirin vəqflər naziri ötən il ərzində bu ölkədə 1000-dən çox məscidin tikildiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının Əl-Bələd informasiya portalına istinadla verdiyi məlumata görə, Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə Qahirə Universitetinin məscidinin açılış mərasimində bildirib: Misirdə ötən bir il ərzində 1000-dən çox məscid tikilib. Təxminən 779 məscid Misirin Vəqflər Nazirliyinin büdcəsi və vəqf əmlakı ilə inşa olunub.
Məhəmməd Muxtar Cümə əlavə edib: Misirdə və hətta region ölkələrində məscidin tikilməsi tarixində bu addımın analoqu yoxdur.
Misirin vəqflər naziri söyləyib: Allah Quran-Kərimdə insanı yaxşı iş görməyə təşviq edir. Bu məsələ təkcə maddi məsələlərlə məhdudlaşmır. Hər bir vəzifə, rəhbərlikdə olan şəxs düzgün şəkildə ölkəyə və vətəndaşlara xidmət edərsə, öz malını Allah yolunda xərcləməyə bənzəyir.
Misirin vəqflər naziri islamda məscidin yeri və onun insanlar arasındakı müsbət təsirini bəyan edərək bu nazirliyin gənc cümə imamlarını işə götürməyə hazır olduğunu bildirib və əlavə edib: Bu addım gənclərin məscidlərə cəzb olunmasının və təkfirçi və kobudluq ideologiyasından uzaq qalmasının ən təsirli metodlarındandır.

Teqlər