Ukraynaya maliyyə yardımının dayandırılması üzrə Rusiyanın səyinin uğursuz qaldığı iddia olunub
Noy 12, 2015 13:21 Asia/Baku
-
Ukraynaya maliyyə yardımının dayandırılması üzrə Rusiyanın səyinin uğursuz qaldığı iddia olunub
Ukrayna Mərkəzi Bankının müdiri Rusiyanın Beynəlxalq Valyuta Fondunun bu ölkəyə maliyyə yardımlarının dayandırılması üzrə səyinin uğursuz qaldığını iddia edib.
İnterfaks-ın məlumatına görə, Valeriya Qontreva deyib: Kiyevin Moskvaya olan borclarının ödənişi barədə fikir ayrılığının olmasına rəğmən, Beynəlxalq Valyuta Fondu Ukraynaya maliyyə yardımlarını davam etdirəcək.Qontreva əlavə edib: Ukrayna Moskvaya olan borclarının ödənişi üçün digər xarici kreditorlara olan borclarının ödənişi üçün nəzərdə tutduğu şəraiti təyin edib, lakin Moskva onu qəbul etməkdən çəkinibdir.
Kiyev Moskvaya olan üç milyard dollarlıq borcunun ödənişi şəraitinin dəyişdirilməsini istəyir, Rusiya isə indiyədək bu xahişi rədd edibdir.
Beynəlxalq Valyuta Fondu mart ayında dörd il ərzində Ukraynaya 17 milyard 500 milyon dollar dəyərində maliyyə yardımı paketinin ödənişi ilə razılaşıb.
Bu dörd il ərzində Ukraynaya ayrılacaq yardımların miqdarı qırx milyard dollara bərabər olacaq.
Teqlər