Noy 12, 2015 19:58 Asia/Baku
  • İŞİD Moskvanı hədələyib
    İŞİD Moskvanı hədələyib

Təkfirçi-sionist İŞİD qrupu tezliklə Rusiyada hücumlar həyata keçirəcəyi ilə hədələyib.

Röyters-in məlumatına görə, internetdə ifratçıların fəaliyyətini izləyən "Sayt" internet portalı bildirib: İŞİD videocarxlar yayaraq təhdid edib ki, çox yaxın gələcəkdə Rusiya ərazisində hücumlar həyata keçirəcək.
İŞİD iddia edib ki, "tezliklə... çox yaxın gələcəkdə... qan dəryası yaranacaq.
Rusiya bildirib ki, Amerika illər boyu İŞİD terror qrupu ilə yola gəlibdir.
Rusiya terror qrupları haqda müştərək siyahının aydınlaşması barədə razılığın əldə olunmasını istəyib.
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Dəməşq tərəfindən sülhə doğru atılan hər bir addım qüdrətlərin müxalifəti və mübarizəsi ilə üzləşir ki, bu da hərc-mərclik miqyasını daha da genişləndirir.
Moskva Vyana görüşləri iştirakçılarının əsas və kənar iştirakçılara ayrılması üzrə səyləri rədd edibdir.

Teqlər