Əmir Abdullahiyan Vyanada səfərdədir
Noy 14, 2015 10:11 Asia/Baku
Suriya böhranının həlli üzrə Vyana müzakirələrinin növbəti turu bu gün şənbə baş tutacaq.
İran İslam Respublikası xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan Suriya böhranı ilə əlaqədar keçiriləcək Vyana-2 müzakirələrində iştirak məqsədi ilə Vyanaya daxil olub.Diplomatik qaynaqlar bildirirlər ki, Vyana iclasında "Suriya dövləti ilə müxalif olan qruplar", "Terror" və " Humanitar məsələlər" adlı 3 ekspert qrupu bağlı qapılar arxasında iclas təşkil etməlidir.
Suriya böhranının həlli üzrə siyasi müzakirələrin 1-ci dövrü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı ilə keçirilib və regional müşahidəçilər bu dövrkü müzakirələrdə İranın rolunu konstruktiv dəyərləndiriblər.