Olland Fransada fövqəladə vəziyyətin daha 3 ay uzadılmasını istədi
https://azeri.sahartv.ir/news/dünya-i199649-olland_fransada_fövqəladə_vəziyyətin_daha_3_ay_uzadılmasını_istədi
Fransa prezidenti ölkədə elan edilmiş fövqəladə vəziyyətin daha 3 ay uzadılmasını istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2015 06:03 Asia/Baku
  • Olland Fransada fövqəladə vəziyyətin daha 3 ay uzadılmasını istədi
    Olland Fransada fövqəladə vəziyyətin daha 3 ay uzadılmasını istədi

Fransa prezidenti ölkədə elan edilmiş fövqəladə vəziyyətin daha 3 ay uzadılmasını istədi.

İRNA-nın məlumatına görə, Fransa Parlamentinin bəzi üzvləri bildiriblər ki, ölkə prezidenti Fransua Oland Parisdə törədilən terror aktlarının ardınca elan edilmiş fövqəladə vəziyyətin daha 3 ay uzadılmasını istəyib.
Fransada 12 gündən daha artıq bir müddət üçün fövqəladə vəziyyətin elan edilməsi sadəcə Parlamentin razılığı ilə mümkündür.
Ötən cümə günü Parisin 5 məntəqəsində terror aktlarının törədilməsi 132 nəfərin ölməsi, 352 nəfərin də yaralanması ilə nəticələndi. Yaralılardan 99-nun vəziyyətinin ağır olduğu bildirilir.
İŞİD terror qruplaşması Paris terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.