Paris terraktından sonra İŞİD-in Türkiyənin Qaziantepində şənlik karnavalı
Noy 17, 2015 17:47 Asia/Baku
-
Paris terraktından sonra İŞİD-in Türkiyənin Qaziantepində şənlik karnavalı
Türkiyənin Qaziantep şəhərində İŞİD tərəfdarları Parisdəki terror aktlarından sonra şənlik karnavalı keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Cümhuriyyət qəzeti və Türkiyənin bir sıra xəbər saytları bu hadisədən xəbər və kadrlar hazırlayaraq bildiriblər ki, Parisdəki terror aktlarına dəstək üzrə bir neçə avtomobil Qaziantepdə İŞİD-in qara bayraqlarını daşıyaraq şənlik karnavalı keçiriblər.Bu karnaval xəbəri və onun kadrlarının Türkiyədə ictimai şəbəkələrdə yayılması rezonans doğurub.
Türkiyədə İŞİD tərəfdarlarının şənlik keçirməsi, həmçinin bu ölkənin bəzi medialarında da rezonans doğurub və bəzi medialar bu xəbəri "Qaziantep küçələrində İŞİD rəcəz oxuyur" başlığı ilə dərc ediblər.
Lakin Türkiyədə ictimai şəbəkələrin bir çox istifadəçisi İŞİD tərəfdarlarının bu hərəkətinə etiraz edərək bu ölkə hökumətini də tənqid ediblər.
Etirazçılar Qaziantepdə İŞİD tərəfdarlarının şənliyinə toxunaraq bu ölkənin İŞİD-lə mübarizəyə dair Türkiyənin bəzi rəsmilərinin iddialarını sual altına alıblar.