Paris stadionunda terror aktı törədən şəxsin fotoşəkilləri yayımlandı
Noy 18, 2015 12:04 Asia/Baku
Fransa polisi bu ölkənin milli stadionunda partlayış törədənlərdən birinin fotoşəkilini yayımlayıb.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, bu şəxsin kimliyi ilə bağlı araşdırmalara başlanılıb. Amma, hələk i, onun barəsində məlumat əldə etmək mümkün olmayıb.Deyilənlərə görə, onun cəsədinin kənarında Suriya pasportu olub. Bu pasport bir neçə ay öncə öldürülmüş bir Suriyalı hərbçiyə aid olub.
Bu məlumata görə, Cümə günü İŞİD terrorçularının Parisdə törətdikləri terror aktlarında ölənlərin sayı 132 nəfərə çatıb. Yaralı sayı isə 350 nəfər elan olunub.