Noy 20, 2015 13:12 Asia/Baku
  • Rusiya: Bəşşar Əsədin Suriyanın siyasi səhnəsindən silinməsi şərti terrorizmin xeyrinədir
    Rusiya: Bəşşar Əsədin Suriyanın siyasi səhnəsindən silinməsi şərti terrorizmin xeyrinədir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Suriyada terrorizm ilə mübarizənin aparılması üçün hakimiyyətin dəyişdirilməsi şərtinin irəli sürülməsi cinayətkarlıq məntiqinin simvoludur və terrorizmin davamına səbəb olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yera alan məlumata görə, Mariya Zaxarova deyib: Suriya prezidentinin siyasi taleyinin İŞİD ilə mübarizəyə başlamaq üçün ön şərt olaraq təyin edilməsi cinayətkar bir baxışın nişanəsi olaraq fransızların son Paris olaylarından narahat olması kimi adi insanların narahatlığına yol açır.
Zaxarova əlavə edib: Bəşşar Əsədin hakimiyyətdən getməsi kimi bir ön şərtin üzərində israrlı olmaq yanlışdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin terrorizm ilə mübarizədə sədaqətli və səmimi olduğunu vurğulayıb və bu xüsusda Rusiyanın ikili standartları qəbul etmədiyini bildirib: "Terrorçu qruplarla mübarizə yalnız müxtəlif ölkələrin əməkdaşlıq etmələri yolu ilə uğurlu ola bilər. Və terrorizm ilə mübarizənin əsas detallarından biri terrorçuların heç bir güzəşt olmadan cəzalandırılmasıdır. "

Teqlər