Kameron: İran Suriya böhranının həllində mühüm oyunçudur
https://azeri.sahartv.ir/news/dünya-i200105-kameron_İran_suriya_böhranının_həllində_mühüm_oyunçudur
İngiltərə baş naziri İran İslam Respublikasını Suriya böhranının həllində mühüm rola malik ölkə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2015 09:02 Asia/Baku
  •  İran Suriya böhranının həllində mühüm oyunçudur
    İran Suriya böhranının həllində mühüm oyunçudur

İngiltərə baş naziri İran İslam Respublikasını Suriya böhranının həllində mühüm rola malik ölkə adlandırıb.

İRNA-nın məlumatına görə, Deyvid Kameron cümə axşamı İngiltərə Parlamentinin aşağı palatasında Londonun terrorizm və İŞİD ilə bağlı strategiyasını açıqlayarkən deyib: İran mühüm bir regional dövlətdir və Suriyada sülhün bərqərar edilməsində təsirli rola malikdir.
Kameron əlavə edib: İranın regional məsələlər və Suriya böhranının həllindəki rolu ciddi qəbul edilməlidir.
İngiltərə baş naziri Suriya böhranı üçün siyasi həll yolunun artıq reallaşmaqda olduğunu deyərək, əlavə edib: İŞİD təhlükəsi ilə bağlı beynəlxalq səviyyədə ortaq fikirin formalaşması ilə, İngiltərə Suriyada İŞİD əleyhinə hərbi əməliyyatlarını genişləndirməlidir.