Fransa Daxili İşlər Nazirliyinin ətraf mühit tərəfdarlarının həbsi barədə məlumatı
Noy 30, 2015 11:09 Asia/Baku
-
Fransa Daxili İşlər Nazirliyinin ətraf mühit tərəfdarlarının həbsi barədə məlumatı
Fransa Daxili İşlər Nazirliyi Parisdə ətraf mühit tərəfdarlarının aksiyası zamanı onlarla nəfərin həbsindən xəbər verib.
Le Figaro fransız qəzetinin internet portalının məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi bazar günü bildirib ki, ətraf mühit tərəfdarlarının aksiyası zamanı baş verən aksiyaçılarla təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 174 nəfər həbs olunub. Belə bir halda, Fransanın daxili işlər naziri Bernard Kazono(Bernard Cazeneuve) iddia edib ki, kiçik bir qrup aksiyanın gərginliyə çəkilməsində məsuliyyət daşıyır.Polis qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və istiot aerozolundan istifadə ediblər. Amma daxili işlər naziri vurğulayıb ki, bu toplanış təhlükəsizlik qüvvələrinə tərəf daş və butılkanın atılması səbəbindən çaxnaşmaya çevrilib.
O, əlavə edib: Ətraf mühit tərəfdarlarına aksiya keçirmək icazəsi verilməmişdi. Kazono polisin aksiyaçılara qarşı hərəkətlərini beynəlxalq ab-hava konfransının təhlükəsizliyinin təmini çərçivəsində təhlükəsizlik qüvvələrinin vəzifəsi adlandırıb.
Dünya ölkələri başçılarından təqribən 150 nəfər Paris beynəlxalq konfransında iştirak edir. Bu konfrans elə bir halda keçirilir ki, Fransa on üç noyabr terror hücumlarından sonra həyəcan vəziyyətindədir.