Dek 02, 2015 08:55 Asia/Baku
  • Bu gün İmam Hüseynin şəhid olmasının 40-cı gününün ildönümü günüdür
    Bu gün İmam Hüseynin şəhid olmasının 40-cı gününün ildönümü günüdür

Bu gün çərşənbə 20 səfər 1437-ci hicri qəməri ili, 2 dekabr 2015-ci miladi ili, dünya şiələrinin 3-cü imamı, şəhidlər sərvəri Həzrət İmam Hüseynin (ə) şəhid olmasının 40-cü gününün ildönümü günüdür.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Həzrət İmam Hüseyn (ə) 61-ci hicri qəməri ili məhərrəm ayının 10-da bir qrup vəfalı silahdaşları ilə əsil Məhəmməd (s.ə.s) islamını qorumaq üçün Kərbəlada şəhid oldu.
Həzrət İmam Hüseyn (ə) Aşura günündə buyurub: Kərbəla qiyamında məqsəd Yezidin islama qarşı hökumətini rüsvay etmək, əmr-be-məruf və nəhy-əz-münkəri bərpa etmək və zülm və sitəm qarşısında müqavimət göstərməkdir.
İslami İran xalqı ötən gecə şəhidlər sərvərinin ərbəini gecəsində hüseyniyyələr, məscidlər, İmam Rzanın (ə) və Həzrət Məsumənin (s.ə) pak ziyarətgahlarında əzadarlıq edib.
Elə bununla əlaqədar İraqın müxtəlif bölgələrindən, digər ölkələr, o cümlədən İslami İrandan milyonlarla zəvvar piyada və yaxud karvanlar çərçivəsində İmam Hüseyn (ə) ərbəini mərasimində iştirak etmək üçün Kərbəlaya yollanıb.
Ərbəin mərasimində hər il insanların irimiqyaslı iştirakı beynəlxalq səviyyədə əks olunur.
İraq şiələrinin böyük təqlid mərcəyi Həzrət Ayətullah Sistaninin ofisinin bəyanatına əsasən, İraqda İmam Hüseyn (ə) ərbəini cümə axşamı günü olacaq.
İran İslam Respublikası Televiziya və Radio Təşkilatı İmam Hüseyn (ə) ərbəinin gəlib çatması ilə əlaqədar bütün müsəlmanlar, xüsusilə şiələrə və digər azadlıqsevərlərə başsağlığı verir.

Teqlər