Dek 03, 2015 13:19 Asia/Baku
  • Kaliforniya hadisəsi Amerikanın müsəlman icması tərəfindən pislənilib
    Kaliforniya hadisəsi Amerikanın müsəlman icması tərəfindən pislənilib

Amerikanın müsəlman icması bu ölkənin Kaliforniya ştatındakı atəşaçma hadisəsini pisləyib.

Frans-Press-in məlumatına görə, Amerikanın müsəlman icması bir əlillər mərkəzinə qarşı atəşaçmanı pisləyərək, bu hadisəni törətmiş amillərin cəzalandırılmalarını istəyib.
Kaliforniyadakı ölümcül atəşaçmadan sonra polis məmurları bu hücumların iki silahlı amilinin kimliyini müəyyənləşdiriblər. Onlardan birinin adı 28 yaşlı Rizvan Faruq, digəri isə ehtimallara görə, onun həyat yoldaşı olan 27 yaşlı Təşfim Malik olubdur. Onların hər ikisi polisin hücumunda öldürülübdür.
İki silahlı hücumçu Amerikanın Kaliforniya ştatındakı bir əlillər mərkəzinə hücum edib, atəş açaraq, azı on dörd nəfəri öldürüb, on yeddi nəfəri də yaralayıbdır.

Teqlər