Dek 03, 2015 16:32 Asia/Baku
  • İngiltərənin Suriyada ilk hücumları keçirilib
    İngiltərənin Suriyada ilk hücumları keçirilib

İngiltərə parlamentində Suriyaya hücum barədə icazənin verilməsindən az sonra bu ölkənin dörd qırıcısı Kipr hava bazasından havaya qalxıb və İngiltərənin bir dövlət rəsmisi bildirib ki, London Suriyaya qarşı ilk hücumlarını həyata keçiribdir.

Röyters-in məlumatına görə, dörd qırıcı iki cütlük formasında bir-birindən bir saat fasilə ilə İngiltərənin Kiprdəki hava bazasından havaya qalxıb.
İngiltərə krallığının hava qoşunlarının Akrotiri hava bazası bir ildən çoxdur, İŞİD-in İraqdakı mövqelərinə qarşı hücumlar üçün bir uçuş platforması kimi istifadə olunurdu və yerli vaxtla çərşənbə gününün sonlarında İngiltərə parlamenti qəbul etdi ki, bu ölkənin qırıcıları bundan sonra İŞİD-in Suriyadakı mövqelərini də hədəfə alsınlar.
Fransa və Amerika bundan öncə İŞİD-in Suriyadakı mövqelərini hədəfə alıblar, lakin onlar eyni zamanda suriyalı müxalifləri gücləndirməyə çalışırlar və onların əsas hədəfi, Suriyanın prezidenti Bəşşar Əsədi hakimiyyətdən uzaqlaşdırmaqdır.
Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçev deyib ki, İngiltərənin terrorçuların Suriyadakı mövqelərinə qarşı hücumları onların elan olunmuş hədəfləri vurduqları təqdirdə alqışlanacaqdır.
Kosaçev vurğulayıb: Zaman göstərəcək ki, İngiltərə terrorçularla mübarizə üçün müharibəyə girib, yoxsa məqsədi, Suriyanın digər insanlarını qırmaqdır.

Teqlər