Afinada polis ilə anarxistlər arasında toqquşma
https://azeri.sahartv.ir/news/dünya-i200517-afinada_polis_ilə_anarxistlər_arasında_toqquşma
Bazar günü gecə Yunanıstanın paytaxtı Afinanın mərkəzində polis ilə anarxistlər arasında toqquşma baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2015 11:14 Asia/Baku
  • Afinada polis ilə anarxistlər arasında toqquşma
    Afinada polis ilə anarxistlər arasında toqquşma

Bazar günü gecə Yunanıstanın paytaxtı Afinanın mərkəzində polis ilə anarxistlər arasında toqquşma baş verib.

IRIB-nin məlumatına görə, bu toqquşmalar 2008-ci ildə on beş yaşlı bir aksiyaçının polisin hücumunda öldürülməsinin 8-ci ildönümündə baş verib.

Aksiyaçılar yandırıcı bombalarla polisə hücum edib, zibil qabları və avtomobilləri yandırıblar.

Polis qüvvələri də onlarla mübarizə üçün gözyaşardıcı qaz işlədiblər.

Yerli medialar on nəfərin həbsindən xəbər veriblər.

Təqribən 3000 nəfər bazar günü axşam 2008-ci ildə Yunanıstanı bir həftə zorakılıqla üzləşdirmiş hadisənin ildönümündə bir yerə toplaşmışdı.