Respublikaçı namizdələr Donald Trampı tənqid atəşinə tutdular
-
Respublikaçı namizdələr Donald Trampı tənqid atəşinə tutdular
Donald Tramp Amerikada prezidentlik seçkiləri üçün Respublikaçı namizədlərin son debatında ciddi tənqidlərə məruz qalıb.
PressTV-nin məlumatına görə, Respublikaçılar Partiyasının prezident seçkiləri üçün 9 namizədi çərşənbə axşamı Nevada Ştatında, Los Anceles şəhərində təşkil etdikləri 5-ci debatlarında Trampı tənqid ediblər.
Bu məlumata görə, Florida Ştatının sabiq meri Ceb Buş öz çıxışında Donald Trampın müsəlmanlar və məscidlər ilə bağlı son açıqlamasını tənqid edərək, deyib: Bir prezident xalqı hücuma etmək, onu incitmək haqqına sahib deyil.
C.Buş daha sonra deyib: Müsəlmanların Amerikaya girişinə qadağa qoyulması yaxşı ideya və münasib strategiya sayılmır və qəbuledilməzdir.
Senatorlar Tedd Kruz və Marko Rubio da Trampın anti-İslam çıxışı ilə müxalifət ediblər.
Senator Rand Pall da Trampı özündən razı və zalım şəxs adlandırıb və onun fikirlərini bu günkü dünyada qəbuledilməz adlandırıb.
Respublikaçıların prezident seçkiləri üçün namizədlərindən olan Donald Trampın müsəlmanlar barədəki sözləri böyük qalmaqala və Amerikada islamofobiyanın genişlənməsinə səbəb olub.