Dek 24, 2015 14:19 Asia/Baku
  • Nigeriyada daha bir hüseyniyyə dağıdılıb
    Nigeriyada daha bir hüseyniyyə dağıdılıb

Nigeriya ordusu bu ölkə müsəlmanlarına qarşı hərəkətlərinin davamında həmin ölkənin şimalındakı Zaria şəhərində yerləşən bir hüseyniyyəni dağıdıb.

Fars xəbər agentliyinin məlumatına görə, Nigeriya ordusu bu ölkə müsəlmanlarına qarşı hərəkətlərinin davamında həmin ölkənin şimalındakı Kadona əyalətində yerləşən Zaria şəhərindəki bir hüseyniyyəni şəhər əhalisinin gözləri önündə dağıdıb.

Nigeriyadan daxil olan məlumatlar bu ölkənin dövləti və ordusunun Nigeriya İslami Hərəkatına aid olan binaların dağıdılması üzrə hərəkətlərinin davam etməsindən söz açır.

Nigeriya ordusu iki həftə bundan öncə müsəlmanların toplanış məkanlarına basqın edərək, təqribən min nəfər şiəni şəhid etmiş və yüzlərlə nəfəri də yaralamışdı.

Ordunun Zaria şəhərinin Darulrəhmə məkanı, Şeyx İbrahim Zəkzakinin evi və Bəqiyətəllah hüseyniyyəsinə qarşı hücumlarında Nigeriya İslami Hərəkatının bir neçə baş üzvü bu hərəkatın sədri Şeyx İbrahim Zəkzakinin üç digər oğlu ilə yanaşı, şəhidlər sırasına qoşuldu.

Teqlər