ABŞ müsəlmanlarına qarşı irqçilik
https://azeri.sahartv.ir/news/dünya-i201472-abŞ_müsəlmanlarına_qarşı_irqçilik
Tramp öz qalmaqallı çıxışında müsəlmanların Amerikaya daxil olmalarının qarşısının alınmasını istəyərkən hətta onun ingilis qardaşları müsəlmanlara qarşı bu cür aşkar düşmənçilik və irqçiliyin bəyan edilməsindən şok vəziyyətinə düşdülər və bəzi amerikalı siyasətçilər kimi ona qarşı mövqe tutdular.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2015 15:48 Asia/Baku
  • ABŞ müsəlmanlarına qarşı irqçilik
    ABŞ müsəlmanlarına qarşı irqçilik

Tramp öz qalmaqallı çıxışında müsəlmanların Amerikaya daxil olmalarının qarşısının alınmasını istəyərkən hətta onun ingilis qardaşları müsəlmanlara qarşı bu cür aşkar düşmənçilik və irqçiliyin bəyan edilməsindən şok vəziyyətinə düşdülər və bəzi amerikalı siyasətçilər kimi ona qarşı mövqe tutdular.

Bu irqçilik təfəkkürləri və onun bəyanı təhlükəlidir və əlbəttə, Trampın özü ifşa etmişdi ki, bu münasibətlər mövcuddur və o, yalnız onları bəyan edibdir.

Dayli Telegraf-ın yazdığına görə, son günlərdə azı iyirmi ingilis müsəlman ailənin Amerikaya daxil olmasının əngəllənməsi bu ölkədə islamofobiya rəftarlarını daha da aşkar edibdir.

Digər müsəlmanlar kimi özü və ailəsi viza və lazımi sənədlərə malik olmasına rəğmən, təyyarənin pilləkənindən Tariq Mahmudun Amerikaya səfərinin qarşısı alındı.

Trampın rəftarı Amerikada icra olundu və islamofobiya əyani xarakter aldı. Bu ölkədə aşkar surətdə müsəlmanlara töhmət vurur və onları vətəndaş hüquqlarından məhrum edirlər, heç kəs də cavabdeh deyildir.

Amerikanın dövlət başçıları aşkar şəkildə rasizm dövrünə qayıtmaqdadırlar.

Bəzi ekspertlərin nəzərincə, ABŞ dövləti öz iddiasının əksinə olaraq, Trampın rəftarını reallaşdırıb və bir qrup müsəlmanın bu ölkə torpağına daxil olmasını əngəlləyərək, 21-ci əsrdə bir növ irqçiliyə başlayıbdır.