ABŞ-da səfillərin sayı artır
Yeni araşdırmanın nəticələri göstərir ki, ABŞ-da ev-eşiksizlərin sayı artmaqdadır.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ Meriyalar Konfransı Təşkilatının apardığı araşdırmaların nəticələri paytaxt Vaşinqton və bu ölkənin böyük şəhərlərində evsizlərin sayı diqqəti cəlb edəcək dərəcədə artıb və paytaxtda 2014-cü ilə nisbətdə 2015-ci ildə 28% artım olmuşdur.
30 mindən çox əhalisi olan şəhərlərə nəzarət edən ABŞ Meriyalar Konfransı Təşkilatı bildirib: ABŞ-ın ən böyük şəhərləri sığınacaqlar və ərzaq maddələri təminatı olmaması ilə evsizlərin sayının nəzarətdə saxlanılmasında acizdirlər.
Yeni araşdırmanın nəticələrinə əsasən, ötən il evsizlərin ili olaraq qeydə alınıb. Çünki Los Anceles, Vaşinqton DC və Siatel kimi Amerikanın əhalisi sıx olan şəhərləri səfillərin sayının artmasının şahididir.
Amerikanın böyük şəhərlərinin meriyaları bundan öncə az gəlirin olması və mənzilin qiymətinin artmasını yoxsulluq və evsizliyin sayının artmasının əsas səbəblərindən hesab ediblər.