Respublikaçı senatorlar İran əleyhinə sanksiyaların ləğv olunmasına qarşı yeni layihə hazırlayır
ABŞ-ın respublikaçı senatorları Obama tərəfindən İran əleyhinə sanksiyaların ləğv olunmasına qarşı layihə təqdim etmək istəyirlər.
Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ Senatının respublikaçı senatorları İranın nüvə proqramının hərbi cəhətlərindən nigaranlıq iddiası ilə Barak Obama tərəfindən İran əleyhinə sanksiyaların ləğv olunmasına mane olmaq istəyirlər.
ABŞ Konqresinin Hill nəşri bildirib: Senator Keli Ayot təklif edib ki, İranın nüvə proqramının hərbi cəhətləri barəsində ABŞ hökumətinin tam hesabat təqdim etməsi və nüvə proqramı ilə əlaqədar istənilən hərbi fəaliyyətə son verilməsinin təsdiq olunmasına qədər İran əleyhinə sanksiyalar ləğv olunmasın.
10 respublikaçı senator, o cümlədən Mark Robio tərəfindən dəstəklənən bu təklifdə həmçinin qeyd olunur ki, Konqres sanksiyaların ləğv barəsində müştərək qətnamə təsdiqləməlidir.
Bu təklif ABŞ hökumətinin nüvə anlaşmasının bir hissəsi olaraq yanvar ayında İran əleyhinə sanksiyaların ləğv olunmasına hazırlaşdığı bir dövrdə irəli sürülüb. Nüvə anlaşması ABŞ-ın bütün respublikaçı senatorlarının müxalifəti ilə üzləşib.