Dek 31, 2015 09:28 Asia/Baku
  • Donald Trampın İngiltərəyə daxil olmasının qadağan olunması gözlənilir
    Donald Trampın İngiltərəyə daxil olmasının qadağan olunması gözlənilir

İngiltərənin daxili işlər naziri deyib ki, lazım gələrsə, öz ixtiyarlarından Donald Trampın İngiltərəyə daxil olmasının qarşısını almaq üçün istifadə edəcək.

Deyli Teleqraf-ın yazdığına görə, İngiltərənin daxili işlər naziri Tereza Mi çərşənbə günü Trampa qarşı toplanan imzaların sayının yarım milyona çatmasına reaksiyada deyib: Ola bilsin, İngiltərə dövləti iştirakları heç kəsin xeyrinə olmayan şəxslərin ölkəyə daxil olmalarını qadağan etmiş olsun.

Bu sözlər İngiltərə əhalisindən 560 mindən çox nəfərin bu ölkə parlamentinin saytında uzun bir məktubu imzalayaraq, respublikaçıların Amerika prezident seçkilərinə namizədi Donald Trampın İngiltərəyə daxil olmasının qadağan olunmasını istəməsindən sonra söylənibdir.

İngiltərə qanunlarına görə, parlament yüz min nəfər həddini ötüb keçən imzalar atılmış məktubu cavablandırmaq və araşdırmağa borcludur.

Bununla belə, İngiltərə dövləti bu ölkənin baş naziri Devid Kameronun Trampın sözləri ilə açıq müxalifətinə toxunaraq, bildirib ki, hələlik onun barəsində konkret şəkildə fikir bildirmək niyyətində deyil.

Donald Tramp son vaxtlar qalmaqallı bir çıxışda müsəlmanların Amerikaya daxil olmalarının qarşısının alınmasını istəmişdi.

Teqlər