Dek 31, 2015 14:17 Asia/Baku
  • Fransada yeni xristian ili mərasimində güclü təhlükəsizlik tədbirləri
    Fransada yeni xristian ili mərasimində güclü təhlükəsizlik tədbirləri

Fransada yeni xristian ili mərasimi güclü təhlükəsizlik tədbirləri altında keçiriləcək.

Fransada Le Fiqaro qəzetinin internet portalının yazdığına görə, Parisin polis rəisi Mişel Kado bir mətbuat konfransında yeni xristian ili mərasimində on bir min qüvvənin yerləşdirilməsindən xəbər verib. Belə bir halda, ötən il doqquz min qüvvə bu məsuliyyəti daşıyıbdır.

Parisdə yerləşəcək qüvvələr polis, ordu və yardımçı bölmələrdən ibarət olacaqlar.

Parisdə yeni xristian ili mərasimində təhlükəsizliyin təminində iştirak edəcək hərbçilərin sayı iki min nəfər elan olunub.

Parisin polis rəisinin sözlərinə görə, şəhərin dəmir yolu xətlərində xüsusi təhlükəsizlik tədbirləri nəzrə alınıb. O, Şanzlize-də 1600 qüvvənin iştirakına toxunaraq, vurğulayıb ki, məmurlar şübhəli şəxsləri təftiş etməyə borcludurlar.

On üç noyabr Paris terror hücumları Fransa dövlətini güclü təhlükəsizlik tədbirləri görməyə vadar etdi. İŞİD-in məsuliyyətini üzərinə götürdüyü bu hücumlarda 132 nəfər öldü, təqribən 350 nəfər də yaralandı.

Teqlər