Ağ Evin İranın nüvə anlaşmasının təkmilləşdirilməsi üzrə addımları haqda hesabatı
Ağ Ev bildirib ki, İranın nüvə anlaşmasının icrası gününə çatmaq üçün atdığı addımlar qarşıdakı həftələrdə təkmilləşəcək.
IRIB-nin məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin müavini Ben Rodes şənbə günü deyib ki, Ağ Ev İranın tarixi nüvə anlaşmasının icrasının başlanması üçün lazım olan addımları bir-iki həftə ərzində təkmilləşdirməsni gözləyir.
ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin müavini iddia edib ki, Amerika İranın raket proqramı ilə bağlı sanksiya paketini hazırlamaq üçün daha artıq zamana ehtiyaclıdır və bu sahədə təxirin İran tərəfindən təzyiqin göstərilməsinə dəxli yoxdur.
Bu amerikan rəsminin iddiası elə bir şəraitdə irəli sürülür ki, İran prezidenti Həsən Ruhani Amerikanın düşmənçilik siyasətlərinin davam etməsi, onun İranın müdafiə qüdrətinin gücləndirilməsi haqqına qanunsuz müdaxiləsinə toxunaraq, İranın müdafiə naziri general-mayor pasdar Hüseyn Dehqana göstəriş verdi ki, qəbul olunmuş müdafiə siyasətləri çərçivəsində silahlı qüvvələrə lazım olan müxtəlif raketlərin istehsalı proqramını daha artıq sürət və ciddiliklə davam etdirsin.