Ərəbistanın Şeyx Nimrə qarşı cinayətinin pislənilməsi davam edir
Gürcüstan Müsəlmanlar İdarəsi və Din Alimləri Heyəti bir bəyanatda Ali-Səudun ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir Əl-Nimri şəhid etmək üzrə cinayətini pisləyib.
"İslam-Azeri" internet portalının məlumatına görə, Gürcüstan Müsəlmanlar İdarəsi və Din Alimləri Heyəti bir bəyanatda Ali-Səudu müsəlmanlar və islami ölkələr arasında təfriqə amili adlandırıb.
Bəyanatda deyilir ki, daim müsəlmanlar arasında təfriqə salmaq ardınca olan səudiyyə rejimi dörd il bundan öncə Şeyx Nimri Ali-Səudun zülmlərinə və bu rejimin İslamın tarixi şəxsiyyətlərinə və dəyərlərinə qarşı hörmətsizliklərinə etiraz səbəbindən həbs etdi.
Gürcüstan Müsəlmanlar İdarəsi və Din Alimləri Heyəti bildirib ki, Ərəbistan rejimi islami birliyin tərəfdarları və azadlıqsevərlərin tələblərinə məhəl qoymadan böyük cinayət törətdi və İslam dünyasının bu böyük din alimini şəhid etdi.
Bəyanatda sonra deyilir: Səudiyyə kralı kral Salman qüdrətə çatdığı gündən öz hakimiyyətini qan axıdılması ilə başladı və bu rejimin mahiyyətini aşkar etdi.
Gürcüstan Müsəlmanlar İdarəsi və Din Alimləri Heyəti vurğulayıb ki, Şeyx Nimrin nahaq yerə axıdılmış qanı Ali-Səud rejimini bürüyəcəkdir.