Yan 07, 2016 10:10 Asia/Baku
  • Vatikan qəzeti Şarli Hebdo qəzetinin təhqiramiz karikaturalar yayımlamasını qınadı
    Vatikan qəzeti Şarli Hebdo qəzetinin təhqiramiz karikaturalar yayımlamasını qınadı

Vatikanın rəsmi qəzeti Fransada nəşr olunan Şarli Hebdo qəzetində ilahi müqəddəslərlə bağlı təhqiramiz karikaturaların nəşr olunmasını tənqid edib.

İKNA xəbər agentliyinin verdiyi məlumata görə, Vatikanın rəsmi qəzeti olan Lusurvature Romano qəzeti yazıb: Din alimlərinin dinə qarşı zorakılıqlar və kobudluqları qınadıqları bir zamanda, Fransada çıxan Şarli Hebdo qəzeti karikatura dərc edərək, ilahi müqəddəsləri təhqir edir.

Vatikanın rəsmi qəzeti Şarli Hebdo qəzetinin Allahı silahlı bir insan şəklində təsvir edərək, "Bir ildən sonra cinayətkar hələ də azadlıqdadır" başlığı altında dərc etməsini qınayıb.

Şarli Hebdo qəzeti bu karikaturanı, öz redaksiyasına edilən hücumun birinci ildönümündə dərc edib. Şarli Hebdo bu dəfə Allahı insan simasında təsvir edib. Əlində kalaşnikov avtomatı tutan bu şəxsin paltarları da qan içindədir.

Lusurvature Romano qəzeti yazır: Bu təhqiramiz karikaturanın nəşr edilməsi Şarli Hebdo tərəfindən atılan yeni addım deyil və bu qəzet söz azadlığı adı altında ilahi dinlərə qarşı təhqiramiz karikaturalar dərc edir. Halbuki, din alimlərinin din adına zorakılıqları rədd etdiyini unudur.

Teqlər