Yan 07, 2016 13:08 Asia/Baku
  • İngiltərə 2010-cu ildən bəri Ərəbistana milyardlarla funt sterlinq dəyərində silah satıb
    İngiltərə 2010-cu ildən bəri Ərəbistana milyardlarla funt sterlinq dəyərində silah satıb

İngiltərədə bir ictimai qrup bildirib ki, bu ölkə 2010-cu ildən bəri Ərəbistana 5.6 milyard funt sterlinq dəyərində Ərəbistana silah satıb.

İRNA-nın məlumatına görə, Silah Ticarəti ilə Mübarizə Kampaniyası adlı ictimai qrup çərşənbə günü bir hesabat yayaraq, Londonun Ər-Riyad ilə əlaqələrini rüsvayçılıq adlandırıb və yazıb: Hal hazırda Ərəbistan İngiltərə üçün böyük bir silah bazarına çevrilib və bu məsələyə son qoymaq lazımdır.

Bu ictimai qrup daha sonra bildirib: Deyvid Kameronun mühafizəkar hökuməti Ərəbistana milyardlarla funt sterlinq dəyərində silah satır. Halbuki, Ərəbistan bir irticaçı rejim tərəfindən idarə olunur və bu rejim ölkə daxilində müxaliflərini repressiya etməklə yanaşı, digər ölkələrə də hərbi təcavüzlər edir.

Silah Ticarəti ilə Mübarizə Kampaniyası həmçinin bildirib: İngiltərə həmçinin, Ərəbistanın Yəmənə olan hücumlarını da himayə edir. Halbuki, biz Yəməndə Ərəbistan tərəfindən müharibə cinayətlərinin şahidiyik.

Bu məlumata görə, bu ictimai qrum İngiltərə tərəfindən Ərəbistana satılan silahların qırıcı təyyarələr, zirehli maşınlar, ağıllı raketlər və digər hərbi təchizatlara şamil olur.

Bu kampaniya bir daha İngiltərə dövlətini təhdid edərək, bildiriblər ki, Ərəbistana silah satışını dayandırmayacağı təqdirdə, hökumət əleyhinə hüquqi çərçivədə addım atacaq.

Teqlər