Türkiyə qırıcıları Yunanıstanın hava məkanını pozublar
Yunanıstanın Müdafiə Nazirliyi bu ölkənin hava məkanının Türkiyə qırıcıları tərəfindən pozulmasından xəbər verib.
Sputnik xəbər agentliyinin məlumatına görə, Yunanıstanın Müdafiə Nazirliyi cümə günü bir bəyanat yayaraq bildirib ki, Türkiyənin dörd ədəd qırıcısı bu ölkənin hava məkanını Yunanıstanın şimal-şərqində pozubdur.
Yunanıstanın Müdafiə Nazirliyinin bəyanatının davamında deyilir: Türkiyənin təhrikedici hərəkətləri göstərir ki, bu ölkə Aralıq dənizinin şərqində mövcud olan hava və dəniz sərhədlərini rəsmi surətdə tanımır.
Yunanıstanın hava məkanının Türkiyə qırıcıları tərəfindən pozulması elə bir şəraitdədir ki, Ankara 2015-ci ili noyabrın 24-də Türkiyə hava məkanının Rusiyanın Su-24 bombardmançısı tərəfindən pozulması iddiası ilə həmin rus təyyarəsni hədəfə alaraq məhv etdi.