İstanbul terror aktını tödərən şəxs Ərəbistan doğumlu Suriya vətəndaşı olub
https://azeri.sahartv.ir/news/dünya-i203931-İstanbul_terror_aktını_tödərən_şəxs_Ərəbistan_doğumlu_suriya_vətəndaşı_olub
Türkiyə mediaları çərşənbə axşamı İstanbul şəhərində baş verən partlayışın Nəbil əl-Fəzli adlı 28 yaşlı şəxs tərəfindən törədildiyini bildiriblər. Bu şəxsin Ərəbistan doğumlu bir suriyalı olduğu bildirilir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2016 07:14 Asia/Baku
  • İstanbul terror aktını tödərən şəxs Ərəbistan doğumlu Suriya vətəndaşı olub
    İstanbul terror aktını tödərən şəxs Ərəbistan doğumlu Suriya vətəndaşı olub

Türkiyə mediaları çərşənbə axşamı İstanbul şəhərində baş verən partlayışın Nəbil əl-Fəzli adlı 28 yaşlı şəxs tərəfindən törədildiyini bildiriblər. Bu şəxsin Ərəbistan doğumlu bir suriyalı olduğu bildirilir

Əl-Aləm kanalının verdiyi məlumata görə, İstanbul meriyası Sultan Əhməd meydanında, Aya Sofiya və Göy məscid arasında yerləşən "Tikili Daş" abidəsinin kənarında baş verən bu hadisədə 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

İŞİD terror qruplaşmasına bağlı "İstanbul Vilayəti" adlı terror dəstəsi isə bir bəyanat yayaraq, bu terror aktının məsuliyyətini öz üzərinə götürüb.

Türkiyə hökuməti İraq və Suriyada öz siyasi maraqlarının təmin edilməsi məqsədi ilə İŞİD və Ənnüsrə Cəbhəsi kimi terrorçu qruplaşmaları himayə etməsinə baxmayaraq, hazırda bu qruplaşmaların Türkiyə əleyhinə terror aktları törətmələrinin şahididir.