Yan 13, 2016 10:49 Asia/Baku
  • İngitlrərə xarici işlər naziri ölkəsinin Yəmənə qarşı hücumlarda iştirak etdiyini etiraf etdi
    İngitlrərə xarici işlər naziri ölkəsinin Yəmənə qarşı hücumlarda iştirak etdiyini etiraf etdi

İngiltərənin xarici işlər naziri Filip Hamund bu ölkə hərbçilərinin Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasının tərkibində iştirak etdiyini bildirib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Filip Hamund etiraf edib ki, İngiltərə hərbçiləri Yəməndə hücum edilməsi lazım gələn hədəflərin müəyyən edilməsi və hücum planlarının hazırlanmasında Ərəbistanın başçılıq etdiyi koalisiyaya kömək edirlər.

İngiltərədə fəaliyyət göstərən "Repriv" insan haqları fondu daha öncə İngiltərə hərbçilərinin Ərəbistanın Yəmənə qarşı hücumlarında iştirak etdiyini bildirərək, Müdafiə Nazirliyinin bu barədə açıqlama verməsini istəmişdi.

Filip Hamund İngiltərə hərbçilərinin Yəmənə qarşı hücumlarda iştirak etməsi faktını bu ölkə parlamentinin aşağı palatasında etiraf edib. Amma, İngiltərə hərbçilərinin anti-Yəmən "Qətiyyət Tufanı" əməliyyatındakı iştirakının hansı miqyasda olduğuna aydınlıq gətirməyib.

İngiltərə xarici işlər naziri həmçinin, bildirib ki, ölkəsi Yəməndə hərbi iştiraka malikdir və Ərəbistan ilə Yəmənə qarşı əməliyyatlarda əməkdaşlıq edir. Filip Hamunda İngiltərənin Yəməndə sadəcə hərbi mərkəzlərin hədəfə alınmasına çalışdığını da iddia edib.

Filip Hamund Yəməndə yaşayış məntəqələrinin, sivil infrasturkuturların, xəstəxanaların və məktəblərin bombardman və mülki əhalinin qırğın edilməsini insan haqlarının pozulması halları hesab etməyərək, Yəmənə qarşı hücumlarda heç bir beynəlxalq qanunun pozulmadığını deyib.

Teqlər