Çikaqoda polis zorakılığı əleyhinə aksiya keçirilib
-
Çikaqoda polis zorakılığı əleyhinə aksiya keçirilib
Çikaqoda polisin qaradərililərə qarşı kobudluğu bu şəhərdə etiraz aksiyalarının keçirilməsi ilə nəticələnib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, aksiyada etirazçılar federal və ştat qanunlarında ədalətin icra olunması və irqi ayrı-seçkiliyə son qoyulmasını tələb ediblər. Onlar bildiriblər ki, mənzil, səhiyyə xidmətləri, müalicə və təhsil kimi sahələrdə vergilər sərf olunmalıdır ki, polis qüvvələrinə aid olsun. Çikaqo polis idarəsi uzun müddətdir ki, qaradərililərdən sui-istifadə edir. Belə ki, polisin qaradərililərə atəş açması hal-hazırda yüksək səviyyələrdə araşdırılmışdır.
Çikaqoda silahlı insidentlər böyük ictimai problemə çevrilib və bu şəhərin yoxsul sakinli bəzi bölgələrində cinayətkar mafiyaların olmasına görə, şəhərdə silahlı insidentlər Amerikanın digər şəhərləri ilə müqayisədə çoxdur.