Amerikanın İrana qarşı yeni sanksiyaları
Yan 18, 2016 09:21 Asia/Baku
Amerikanın Xəzinədarlıq Nazirliyi ballistik raketlər proqramı ilə bağlı İrana qarşı sanksiya tətbiq edib.
Fars xəbər agentliyinin məlumatına görə, Amerikanın Xəzinədarlıq Nazirliyi bir bəyanat yayaraq, İranın raket proqramı ilə əlaqəyə görə, İrana qarşı sanksiyalar siyahısına yeni şirkət və şəxslərin adlarının əlavə olunmasından xəbər verib.
Bu sanksiyalar iki həftə bundan qabaq tətbiq olunmalı idi, amma Vaşinqton "məhbuslar mübadiləsi razılaşmasından nigaranlıq" adlandırdığı səbəbə görə, onların tətbiqindən vaz keçdi.
Yeni sanksiyalar elə bir halda elan olunubdur ki, amerikalı məhbusları daşıyan təyyarə bazar günü İrandan yola düşübdür.