Amerikanın 9 şəhərində hava limanları işçiləri tətil aksiyası keçirdi
-
Amerikanın 9 şəhərində hava limanları işçiləri tətil aksiyası keçirdi
Amerikanın 9 şəhərinin hava limanları işçiləri maaşlarının artırılması üçün tətil aksiyası keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının Əl-Əhd internet portalına istinadla verdiyi məlumata görə, maaşların artırılması, əmək imkanlarının verilməsi və birliyin təşkil olunması üçün Amerikanın 9 şəhərində hava limanlarının işçilərinin bir qrupu tətil aksiyası keçirib.
Bu arada Amerika təhlükəsizlik qüvvələri Boston şəhərinin Loqan hava limanının 6 işçisini həbs ediblər. Çünki onlar maaşların artırılması üçün etiraz xarakterli yürüşün keçirilməsində məsuliyyət daşıyırmışlar.
Vaşinqtonun Ronald Reyqan hava limanının təxminən 200 işçisi Martin Loter Kinqin heykəlinə yaxın əsas küçələrdən birində öz iş şəraitinin yaxşılaşması üzrə yürüş keçirib.
Məlumata görə, Amerika hava limanlarının işçiləri son bir neçə ayda öz maaşlarının minimum artırılması üçün oxşar aksiyalar keçirmişlər. Çünki bu etirazçıların dediyinə görə, onlar dolanışıq üçün bir neçə işi görməyə məcburdurlar.