Yan 24, 2016 10:26 Asia/Baku
  • Fransanın Kale şəhərində minlərlə aksiyaçı mühacirlərin yaşayış tərzinə etiraz edib
    Fransanın Kale şəhərində minlərlə aksiyaçı mühacirlərin yaşayış tərzinə etiraz edib

Təqribən 2 min ingilis, fransız, belçikalı və italyan şənbə günü Fransanın Kale şəhərində aksiya keçirərək, minlərlə mühacir üçün "layiqli qəbul şəraiti" istəyib.

Frans-Press-in məlumatına görə, aksiyaçılar Fransanın Kale liman şəhərinin yaxınlığındakı bir düşərgəyə toplaşmış minlərlə mühacir üçün "layiqli qəbul şəraiti" istəyiblər.

Avtobusla Parisdən Kaleyə gəlmiş 22 yaşlı italyan tələbə- Rino deyib: Biz mühacirlərlə öz həmrəyliyimizi bildirmək və mühacirlər üçün daha yaxşı yaşayışın təmini iradəsinə malik olmayan Fransa dövlətinin zəifliyini pisləmək üçün buradayıq. Burada insan faciəsi baş verir.

Aksiyaçılar özlərilə plakatlar daşıyırdılar ki, onların üzərlərində "Mühacirlər xoş gəlibsiniz!", "Kale, Lesbus, Lampedosa, mühacirlərin sərhədlərini çəkir!", "Sərhədləri açın, onların daxil olmalarına icazə verin!" şüarları nəzərə çarpırdı.

Əksəriyyəti Əfqanıstan, Yaxın Şərq və Afrikanın şərqindən gəlmiş təqribən 4 min mühacir Kale meşəsində yaşayır və onların düşərgəsi ən böyük çəllək şəhərciyidir ki, mühacirlər İngiltərəyə getmək ümidilə orada yaşayırlar.

Teqlər