Yan 28, 2016 14:48 Asia/Baku
  • Senat İrana sanksiyaları 10 il müddətinə uzatmağa çalışır
    Senat İrana sanksiyaları 10 il müddətinə uzatmağa çalışır

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi 2016-cı ilin sonuna qədər İran əleyhinə ləğv olunacaq sanksiyaların müddətinin 10 il uzadılmasını tezliklə səsverməyə qoyacaq.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinin istinadla verdiyi məlumata görə, Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Kroker jurnalistlərə deyib: Bu komitə İranın raket proqramı ilə mübarizə üçün çoxlu seçimləri nəzərdə tutacaq.

1996-cı ildə təsdiqlənən İran əleyhinə sanksiyalar qanunun müddəti 2016-cı ildə sona çatır. ABŞ Konqresinin nümayəndələri sanksiyaların müddətinin 10 il uzadılması üçün layihə veriblər.

Kroker əlavə edib: Senatın Xarici Əlaqələr Komitəsi İran əleyhinə başqa bir sahəni araşdırmaqdadır.

Teqlər