G-20 İngiltərənin Avropa Birliyindən çıxması barədə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i209326-g_20_İngiltərənin_avropa_birliyindən_çıxması_barədə_xəbərdarlıq_etdi
G-20 ölkələrinin iqtisadiyyat nazirləri İngiltərənin Avropa Birliyindən çıxması ehtimalı barədə xəbərdarlıq ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2016 07:03 Asia/Baku
  • G-20 İngiltərənin Avropa Birliyindən çıxması barədə xəbərdarlıq etdi
    G-20 İngiltərənin Avropa Birliyindən çıxması barədə xəbərdarlıq etdi

G-20 ölkələrinin iqtisadiyyat nazirləri İngiltərənin Avropa Birliyindən çıxması ehtimalı barədə xəbərdarlıq ediblər.

İRİB bildirir ki, dünyanın ən iri iqtisadiyyatına malik olan G-20 ölkələrinin iqtisadiyyat nazirləri şənbə günü İngiltərənin Avropa Birliyindən çıxması ehtimalı barədə xəbərdarlıq edərək, bunu dünya iqtisadiyyatı üçün ən böyük təhdid sayılan bir "şok" adlandırıblar.

G-20 qrupunun iclasında iqtisadiyyat nazirləri ilə yanaşı, üzv ölkələrin mərkəzi banklarının rəisləri də iştirak ediblər.

İngiltərənin Avropa Birliyindən çıxması məsələsi üzrə iyun ayında referendum keçiriləcək. Bu məsələnin Şanxayda keçirilən G-20 iclasında gündəmə gətirilməsi, onun əhəmiyyətindən xəbər verir.

Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Lagard və ABŞ-ın xəzinədarlıq naziri Yakob Liv İngiltərənin Avropa Birliyində qalmasını tam qətiyyətlə dəstəkləyib və bildiriblər ki, İngiltərənin Avropa Birliyində qalması İngiltərə, Avropa Birliyi və ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatının xeyrinədir.