Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub
https://azeri.sahartv.ir/news/dünya-i210181-rusiyanın_ukraynadakı_səfirliyinə_hücum_olub
Rusiyanın Kiyevdəki səfirliyi martın 5-dən 6-na keçən gecə naməlum şəxslərin hücumuna məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2016 16:36 Asia/Baku
  • Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub
    Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub

Rusiyanın Kiyevdəki səfirliyi martın 5-dən 6-na keçən gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, Kiyev Şəhər Baş Milli Polis İdarəsinin yaydığı açıqlamada bildirilir ki, əllərində məşəl olan 10-dək şəxs dipmissiyanın binası yaxınlığına gələrək ətrafda park edilmiş, səfirliyə məxsus avtomobillərə zərbələr endirməyə başlayıb. Nəticədə üç avtomobilə ziyan dəyib, şüşələri və güzgüləri sındırılıb. Hadisə yerindən çəkic götürülüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Sosial şəbəkələrdə yayılmış videodan aydın olur ki, səfirliyə hücum edənlər Ukrayna Hərbi Hava Qüvvələrinin zabiti, hazırda Rusiyada həbsdə olan Nadejda Savçenkonun azadlığa buraxılmasını tələb ediblər.

Rusiyanın Kiyevdəki səfirliyi baş verənlərlə bağlı Ukrayna Xarici İçlər Nazirliyinə etiraz notası verib.