Fransız alim Ərəbistan şahzadəsinin təltif edilməsini qınadı
Tanınmış fransız alim və Fransanın ən üstün şərəf ordeni ilə təltif edilən Alen Nikola Ərəbistan şahzadəsinin də bu orden ilə təltif edilməsinə etiraz olaraq, ona verilmiş ordeni geri qaytarıb.
Fransa muzeylərinin katibi olan Alen Nikola Fransa prezidenti Fransua Hollanda ünvanladığı məktubda yazıb: Eşitdim ki, siz Ərəbistan şahzadəsi və daxili işlər nazizini "Şərəf Ordeni" ilə təltif edibsiniz. 2002-ci ildə mənim də Fransanın o zamankı prezidenti Jak Şirak tərəfindən bu orden ilə təltif edilməyimi nəzərə alaraq, sizin bu hərəkətinizi özümə və ictimaiyyətə qarşı təhqir hesab edir və belə bir təhqiri qəbuledilməz sayıram."
"Milli Ləyaqət" ordeni ilə də təltif edilmiş olan fransız alim Alen Nikola əlavə edib: "Fransanın humanist və demokratik dəyərlərinə heç bir dəyər verməyənlərlə bir sırada olmaq istəmirəm. Ona görə də, "Şərəf Ordeni"ndən imtina edirəm.
Fransa prezidenti Fransua Holland cümə günü mediaların qapalı bir mərasimdə Ərəbistan şahzadəsi Məhəmməd bin Nayifi "Şərəf Ordeni" ilə təltif edib.
Tanınmış "Kozet" jurnalı Ərəbistan şahzadəsinə "Şərəf Ordeni"nin onun öz istəyi əsasında verildiyini ifşa edib.
Ərəbistan şahzadəsinin bu orden ilə təltif edilməsi fransızların qəzəbinə səbəb olub.
Alen Nikoladan öncə tanınmış fransız rejissor Sofi Marsu da Ərəbistan şahzadəsinin "Şərəf Ordeni" ilə təltif edilməsinə etiraz olaraq, ona verilən "Şərəf Ordeni"ndən imtina edərək, onu "Şərəfsizlik Ordeni" adlandırmışdı.