Kanadada təyyarə qəzası
Mart 30, 2016 11:17 Asia/Baku
Dünən Kanadanın cənub-şərqində Madlen adalarında kiçik motorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 pilot daxil olmaqla 7 nəfər olub. Qəza nəticəsində Kanadanın sabiq nəqliyyat naziri Jan Lapyer həlak olub.
Təyyarə aeroporta 1 km qalmış qəzaya uğrayıb. Polis nümayəndəsinin sözlərinə görə, təyyarə aeroporta yaxınlaşarkən idarəetməni itirib. İstintaq davam edir. Hüquq mühafizəçilər ərazidə güclü qar yağdığını və külək olduğunu vurğulayıblar.