Çin-in ABŞ-a xəbərdarlığı
-
Çin-in ABŞ-a xəbərdarlığı
Amerikanın Cənubi Çin dənizindəki hərbi fəaliyyətləri və bu ölkə ilə Filippin arasındakı həmkarlıqların ardınca rəsmi Pekin öz hərəkətlərində ehtiyatlı olmaq haqda Vaşinqtona xəbərdarlıq edib.
IRNA-nın məlumatına görə, Cin Müdafiə Nazirliyi cümə günü öz saytında bir bəyanat yayıb və ABŞ dəniz qüvvələrinə xəbərdarlıq edibdir ki, məntəqənin sularını bundan artıq təlatümlü etməsin.
Cin Müdafiə Nazirliyinin sözçüsü Yanq Yucun da deyibdir ki, Manila-Vaşinqton razılaşması Amerikanın bəzi bazalara çıxmasına icazə verir; bu da birbaşa Cənubi Çin dənizi ilə bağlıdır.
Cin Müdafiə Nazirliyinin sözçüsü əlavə edib: Hərbi həmkarlıqları genişləndirmək səmtinə getmək və regional təhlükələri artırmaq soyuq müharibənin yaranması barədə fikirlərə səbəb olur.
O, vurğulayıb ki, militarizm yerinə, regional təmayül sülh və təhlükəsizliyə söykənməlidir və Çin ümid edir ki, hamı belə bir istiqamətdə hərəkət edəcək.
2015-ci ilin oktyabrından bəri ABŞ-ın dəniz qüvvələri azı iki dəfə on iki millik ada hüdudlarına yaxınlaşıbdır ki, bu da Çin ordusunun qırmızı xətti sayılır.
Filippin və Amerika ötən il ikitərəfli hərbi əməkdaşlıqların güclənidirilməsi barədə bir sənəd imzalayıblar. Bu sənədə əsasən, Briləşmiş Ştatlar bu Asiya ölkəsinin beş nöqtəsində öz hərbi qüvvə və təchizatlarını yerləşdirə bilər.