Vaşinqtonda daha yüzlərlə aksiyaçı həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i215644-vaşinqtonda_daha_yüzlərlə_aksiyaçı_həbs_olunub
Amerika polisi Vaşinqtonda bu ölkənin konqres binası qarşısında yüzlərlə aksiyaçını həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2016 09:04 Asia/Baku
  • Vaşinqtonda daha yüzlərlə aksiyaçı həbs olunub
    Vaşinqtonda daha yüzlərlə aksiyaçı həbs olunub

Amerika polisi Vaşinqtonda bu ölkənin konqres binası qarşısında yüzlərlə aksiyaçını həbs edib.

Röyters-in məlumatına görə, bu aksiya tələbələrin maliyyə problemləri və seçki mübarizələri xərclərinə etiraz kimi bazar ertəsi günü ikinci həftə olaraq keçirilib. ABŞ polisi aksiyaçılara basqın edərək, azı üç yüz nəfəri həbs edibdir.

ABŞ konqresinin polisi də bir bəyanat yayaraq bildirib ki, polis məmurları etirazların aprelin on birində başlanmasından bəri konqres önündə 1240 etirazçını həbs ediblər.

Polisin konqresin qarşısındakı etirazçılara hücumu ilə bir vaxtda Amerika Ali Məhkəməsinin yaxınlığındakı bir məntəqədə geniş bir aksiya keçirilib.

ABŞ konqresi önündə aksiya bir neçə gün bundan öncə "Demokratiya baharı" adlı qrup tərəfindən başlanıbdır.

Amerikalı nəzəriyyəçi Nuam Çamski daxil olmaqla bəzi amerikalı şəxsiyyət və fəallar bu hərəkatı dəstəklədiklərini bildiriblər.

"Demokratiya baharı" hərəkatı bundan öncə bildirmişdi ki, konqresdən seçki mübarizələri xərclərinin şəffaflığı barədə əsas qanuna bir əlavə etməsi, eləcə də ali məhkəmədəki boşluğu tez bir zamanda doldurmasını istəyir.